Hüseyn Həsənov adından Şəhid Səbuhinin qardaşına qarşı dələduzluq - DİN-dən AÇIQLAMA (FOTO)

Hüseyn Həsənov adından Şəhid Səbuhinin qardaşına qarşı dələduzluq - DİN-dən AÇIQLAMA (FOTO)

Bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dələduzluqla üzləşib.

  Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

İddialara görə, zəngi edən şəxs bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini verdikdən sonra, ondan telefonuna gələn kodu da tələb edib. Ardınca isə kartdan pullar çəkilib. 

Məlumata görə, zəngi edən şəxs Azərbaycan dilində danışırmış. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat  xidmətindən  bildirilib ki, məsələdən xəbərdardılar və bununla bağlı araşdırma aparılır. 

 Manset.azскачать dle 10.6фильмы бесплатно
27-10-2022, 16:27
Baxıs: 398
Reyting: