Ürəyin 1 nömrəli dostu

Qızıl payızın faydalı meyvələrindən biri də heyvadır.

Leqal.info xəbər verir ki, həkimlər heyvanı ürəyin bir nömrəli dostu adlandırırlar. Heyva təkcə sağlamlığa yox, dəriyə də faydalıdır.

Heyva yemək ürəyi qüvvətləndirir. Dəriyə çox faydası var və qara nöqtələri yox edir. Heyvanı çox yemək isə qəbzlik yaradır.

Heyvanın tərkibindəki pektin maddəsi mədə və bağırsaq xəstəliklərinə qarşı əladır.

Heyvanın tərkibindəki antioksidant ürək xəstəliklərinə qarşı faydalıdır.

Heyvanın yarpağı və qabığı da çox faydalıdır. Mütəxəssislər heyvanın çərdəyini atmamağı məsləhət görürlər. Çünki çərdək öskürək və boğaz ağrısına qarşı faydalıdır.

Heyva hüceyrələri yeniləyir, yaşlanmanı gecikdirir.

Şəkər xəstələrinə isə gün ərzində heyvanın sadəcə dörddə birini qəbul etməyə icazə verilir. (Olke.az)скачать dle 10.6фильмы бесплатно
29-09-2018, 23:33
Baxıs: 33 956
Reyting: