Qəbizliyin, qocalmanın qarşısını alan
Zeytun ən qədim yetişdirilən bitkilərdən biridir. Hələ eramızdan çox-çox əvvəl zeytun və zeytun yağı qidalanmada istifadə olunurdu.
Adətən zeytun yağının sağlamlığa faydalı olması barədə hər zaman deyilir. Amma zeytunun özünün də çox faydalı olduğunu bilirdinizmi? Leqal.info Ailem.az-a istinadən dünyanın ən sağlam ərzaqları qrupuna daxil edilən zeytunun inanılmaz faydaları barədə məlumat verir. - Zeytun ürək və qan damarlarını aterosklerozdan qoruyur.Tərkibində olan E vitamini və polifenollar sağlamlıq üçün faydalıdır. - Yarpaqları və qabıqları, yüksək təzyiqi salmağa kömək edir. - Zeytun qandakı şəkərin və xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Qidalandırıcı bitkidir. - Əczaçılıqda, bəzi dərmanların hazırlanmasında da istifadə edilir. - Bu bitkinin yarpaqları oleuropein, oleasterol, lein, olein turşusu və antioksidantlardan ibarətdir. - Zeytun A, D, E və K vitaminləri baxımından çox zəngindir, eyni zamanda, kalsium itkisinin qarşısını alır. - Qalın bağırsaq, prostat, mədə və pankreas xərçənginə tutulma riskini azaldır. - Ürək-damar xəstəliklərindən qoruyucu təsiri var. - Qaraciyəri qoruyur. - Sümükləri gücləndirir. - Qəbizliyin qarşısını alır. - Həzm sisteminin işləməsinə kömək edir. - Virus, bakteriya və göbələklərə qarşı qoruyucudur. - Uşaqlarda sağlıqlı diş inkişafının tamamlanmasına kömək edir. - Hüceyrələri təzələyir, beləliklə, qocalmanı gecikdirir və ömrü uzadır. - Zeytun və zeytun yağının qocalmanı gecikdirici təsiri var. Tərkibindəki “Oleuropein” maddəsinin hüceyrə təzələyici xüsusiyyətə malikdir. Bu maddə xərçəngə qarşı müsbət nəticə verən bir maddədir. - Zeytunun tərkibindəki yağ yüksək təzyiq problemi olan xəstələrə müsbət nəticələr verir və təzyiqi tənzimləyir. Ancaq diqqət etmək lazımdır ki, zeytun və zeytun yağı duzlu olmasın. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57