Qəbizliyin qarşısını alan 5 FAYDALI

Bağırsaqlarınızda su səviyyəsinin azalması ilə birlikdə ortaya çıxan qəbizlik ən çətin bağırsaq narahatlıqlarından biridir. Xüsusilə isti havalarda lazım olan miqdarda su içməməyin nəticəsində qarşılaşa biləcəyiniz bu narahatlıqdan təbii üsullarla qurtulmaq olar. Ailem.az təbii vasitələrlə qəbizlikdən qurtulacağınız 5 faydalı məsləhəti diqqətinizə çatdırır.

Bol su için

Əvvəlcə ən təbbi vasitə olan bol su istifadəsini sınaqdan keçirməlisiniz. Bağırsaqlarınızda lazimi miqdarda su olmaması səbəbi ilə tıxanıqlıq yarandığından orqanizminizə istədiyini verməyiniz çox əhəmiyyətlidir. Gün ərzində ən az 2 litr su istifadə etməyi unutmayın və bunu adət halına salın. Əks təqdirdə qəbizlik davam edər və bu da başqa bağırsaq problemlerinə yol açar.

Lifli qidalar yeyin

Çox şirin yemək və qazlı içkilər içmək qəbizlik şikayətinizi daha da artıracaq. Buna görə belə qidalar və içkilərdən uzaq durub, şirini qaysı, quru əncir, kişmiş kimi bol lifli quru meyvələrdən almalısınız. Xüsusilə axşamlar yatmazdan qabaq yeyəcəyiniz 4-5 dənə quru əncir sabah tualetə daha rahat getmənizə kömək olacaq.

Şorba için

Yemək seçimlərinizi şorbalardan dolayı etməniz mədənizi və bağırsaqlarınızı olduqca yüngülləşdirəcək. Xüsusilə yeməklərdən əvvəl içəcəyiniz bir kasa şorba həzmin sürətlənməsinə çox təsir edəcək. Yeməklərdən əvvəl şorba içməyi alışqanlıq halına gətirdiyiniz təqdirdə nə qədər rahatlaşdığınızı çox qısa bir zamanda görəcəksiniz.

İdman edin

Hərəkətsiz bir yaşam sizi qəbzliklə üzləşdirər. Sağlamlığın ən əhəmiyyətli şərtlərindən biri olan idman bu sadə problemin həlli üçün belə son dərəcə əhəmiyyətlidir. Yeməkdən sonra piyada gəzmək və gün ərzində hərəkətli bir yaşam sizi qəbizlikdən ciddi anlamda qoruyacaq.

Toxumlardan yararlanın

Qəbizliyə faydası olan şəfalı bitkilərdən bol miqdarda istifadə edin. Xüsusilə 2-3 çay qaşığı kətan toxumu bağırsaqlarınızın çalışmasında və qəbizliyə kömək edir. Eyni şəkildə istifadə edəcəyiniz quru gavalı və ya quru qaysı da bağırsaqlarınıza faydalı olacaq.

Leqal.info
скачать dle 10.6фильмы бесплатно
4-09-2017, 16:00
Baxıs: 712
Reyting: