Gədəbəy rayon 2 saylı tam orta ümumitəhsil məktəbində nə baş verir?

Gədəbəy rayon 2 saylı tam orta ümumitəhsil məktəbində nə baş verir?



Baş redaktor Z. Abbasbəyli yazır:

Gədəbəy rayonunun ucqar kəndlərinin birində doğulub boya-başa çatmışam.

Orta məktəbin 8, 9, 10-cu sinflərində ingilis dili müəlliməmiz varıydı. Əzizə müəllimə gənc xanım idi. Tovuz rayonundan gəlmişdi, qərib idi.

Müəllimənin 3-4 yaşlarında bir qızı da vardı. Uşağa baxan olmadığından uşağı da özü ilə məktəbə gətirərdi.

Dərsi bilməyən olanda Əzizə müəllimə qızına deyərdi - "Zülfiyyə, tüpür onun üzünə".
Beləcə Zülfiyə çox uşaqların üzünə tüpürmüşdü.

Bu yaxından tik tok sosial platformasında bir xanımın Gədəbəy rayon 2 saylı məktəb haqqında danışmağı diqqətimi çəkdi. Söhbət məktəbin direktoru ilə həmin xanımın həyat yoldaşı, məktəbin idman müəllimi Abbas adlı müəllimin münaqişəsindən gedirdi.
Doğulduğum rayon olduğu üçün məsələni araşdırmaq qərarına gəldim. Həmin xanım "Zülfiyyə Məmmədova" adlı hesabında silsilə videolar paylaşmışdı. Hamısını tək-tək incələdim. Məktəbin 26-27 yaşlı gənc xanım direktoru Aidə müəllimənin neqativ fəaliyyətini tənqid edirdi.

Aidə müəllimə ilə əlaqə saxladım. Dinlədim.
Sonra Abbas müəllimlə əlaqə saxladım, onu da dinlədim.

Əlaqə saxlayıb uzun müddət direktoru əvəz etmiş məktəbin tədris üzrə direktor muavini Nailə müəlliməni də dinlədim.

Öz araşdırmalarımı davam etdirdim
Və bir çox məsələlər meydana çıxdı.

Əvvəlcə münaqişənin kökünü araşdırdım. Məktəbin direktoru Aidə müəllimə Bakıya, tədbirə gedib. Dediyinə görə icazəli olub. Məktəbi direktor müavini Nailə müəlliməyə və təşkilatçı Malik müəllimə tapşırıb.

Məktəbdə vəziyyəti öyrərənmək üçün Nailə xanıma zəng vuran direktor cavab ala bilməyib. Sonra Malik müəllimi yığıb və ondan da cavab ala bilməyən xanım direktor məcbur olub məktəbdə müəllim işləyən anası Zemfira müəlliməni yığıb və nə baş verdiyini öyrənməyə çalışıb. Zenfura müəllimə də müəllinlər otağına gəlib və orada Nailə xanımı, Malik müəllimi, Abbas nüəllimi və bir neçə başqa müəllimləri görüb. Onlardan niyə dərs keçmədiklərini soruşub. Onlar isə uşaqların dərsdən qaçdığını deyiblər. Və orda onlar Zemfra müəlliməyə artıq-əskik söz deyiblər. Zemfira müəllimə da "borclu" qalmayıb. Sonda başda tədriz üzrə direktor müavini olmaqla dərs keçməli olan müəllimlər akt tərtib edərək Zemfira müəllimənin cəzalandırılmasını istəyiblər. Bununla da özlərini sığortalamış olublar. Gədəbəy təhsil sektoru gənc direktordan öz anasına töhmət verməsinə göstəriş verib. Direktor göstərişi təmin edib və anasına töhmət elan edib. Bundan sonra ayaqları yer alan Nailə müəllimə və Abbas müəllim qrup yaradaraq biraz da aktivləşiblər.

Bununla da münaqişə dərinləşib. Məsələ Təhsil Regional idarəsindən də yuxarılara gedib çıxıb.

Nəticə isə xoşagəlməz olub. Cəmisi 6 ay fəaliyyətdə olan direktor tədrisdə buraxdığı nöqsanlara görə tutduğu vəzifəsindən azad olunaraq Gədəbəy rayon Söyüdlü kənd tam orta ümumtəhsil məktəbinə təşkilarçı vəzifəsinə keçirilib. Məktəbdə tədrisə cavabdeh tədris üzrə direktor müavini Nailə müəllimə olsa da nədənsə nöqsanlar direktora "yüklənilib'.

Direktor müavini məsələnin xoşagəlməz olduğunu görüb "xəstələnib". Direktor Gədəbəy rayon xəstəxanasına Nailə xanımın xəstəliyi ilə əlaqədar müraciət edən kimi onun xəstəlik vərəqəsi bağlanıb. Sonrada Şəmkir xəstəxanasına müraciət edənə qədər 1-2 gün işdə sayıldığı bəs edib ki, Nailə müəllimə əmək məcəlləsinin 70 C bəndi ilə işdən azad edilib. Səbəb kimi isə göstərilib ki, Nailə müəllimə telefon vasitəsilə azyaşlı şagirdləri videoya çəkib və başqa-başq təhsil idarələrinə göndərib.

Məsələdə kimlərin maraqları nə olub?

Nailə müəllimə uzun müddət direktoru əvəz etdiyi üçün yeni direktorun təyinatından xoşlanmaylb.

Zemfira xanım çalişib ki, gənc, təcrübəsiz qızına kömək etsin.

Abbas müəllim rayonda dəlləkxana işlədir. Ona dəlləklik fəaliyyətinə mane olan, dərslərinə məsuliyyətlə yanaşmağı tələb edən direktordan heyf çıxmaq. Hətta dirəniş göstərərək 19 saat dərs yükü ilə təmin olmağa nail olaraq direktoru özündən asılı saxlamağa çalışmaq.

Kimlər uddu, kimlər uduzdu.

Aidə müəllimə başq məktəbdə işlə təmin olunmaqla qismən uduzdu.

Nailə müəllimə 70 C maddəsilə işdən azad olmaqla tam uduzdu.

Zemfira müəllimə 2 illik kurs bitirib və uzun müddət pedoqoji fəaliyyətlə məşğul olsa da bu qanun pozuntusu hesab olunur. Böyük ehtimalla gələn ildən Zemfira müəllimə məktəblə vidalaşmalı olacaq.

İndi isə gələk Abbas müəllimə.

Gədəbəy rayon 2 saylı tam orta ümumitəhsil məktəbində nə baş verir?


Abbas Məmmədovun dəlləkxanası

Abbas müəllim rayonda dəllək işləyib (hal-hazırda da işləyir).
Onun qaynanası Əzizə müəllimə Gədəbəy rayon 1 saylı tam orta məktəbdə direktor işləyib. Abbas müəllimi, yəni kürəkənini 2003-cü ildə hazırda fəaliyyəti dayandırılmiş Azərbaycan Beynəlxalq Universitetinə birbaşa 2-kursuna, idman fakultəsinə düzüb-qoş edib. Adətən savadsız uşaqları idman fakultəsinə salırdılar.
Beləcə Abbas müəllim testdən kənar 3 ilə ABU- nun idman fakultəsini "bitirir'. Və qaynanası Əzizə müəllimə direktoru olduğu 1 saylı tam orta məktəbə Abbas müəllimi idman müəllimi vəzifəsinə qəbul eləyir. Əzizə müəllimə təqaüdə çıxdıqdan sonra yeni gələn direktorla yola getmədiyindən 2 saylıya keçir. Redaksiya olaraq Abbas müəllimin saxta yolla əldə etdiyi diplomla əlaqədar aidiyyatı qrumlara müraciət hazırlayırıq. Çox güman ki, onu da pedoqoji fəaliyyətinə son qoyulacaq.

Az qala əsas məsələni unutmuşdum. Yazımın əvvəlində Əzizə müəllimənin 3-4 yaşlı qızından bəhs etmişdim. Gədəbəy rayon xəstəxanasında çalışan, ixtisasca tibb bacısı olan, tik tok platformasında 2 saylı məktəb haqqında silsilə videolar paylaşan, uşaq vaxtı anasının təkidi ilə sinf yoldaşlarımın üzünə tüpürən həmin o qızcığaz bu Zülfiyyə imiş.

"Arazxeber.az"скачать dle 10.6фильмы бесплатно
7-05-2026, 12:14
Baxıs: 843
Reyting: