Siyasətdə tutuzdura bilmədikdə, taksi şirkəti açan partiya

Siyasətdə tutuzdura bilmədikdə, taksi şirkəti açan partiya

Siyasətdə tutuzdura bilmədikdə, taksi şirkəti açan partiya"Azərmaş"ASC ölkəmizdə avtomobil istehsal edən və həmin avtomobillərin lizinq yolu ilə satışını təşkil edən yeganə şirkətdir. Beş yüz nəfərdən artıq işçi qüvvəsini özündə birləşdirir. Eyni zamanda istehsal etdiyi avtomobilləri sərfəli qiymətlərlə lizinq yolu ilə vətəndaşlarımıza təklif edir. Orta təbəqəli insanlar taksi fəaliyyəti ilə məşğul olmaq üçün "Azərmaş"a üz tuturlar. İşində dəqiq olan, aylıq lizinq ödəmələrini vaxtlı-vaxtında yerinə yetirən, məsuliyyətli insanlar sözsüz ki, razı qalırlar.

Bu yaxınlarda FB-də Ağasif Şakiroğlu adlı istifadəçi yazdığı bir statusla diqqət çəkib . Hiss olunurdu ki, yazı qərəzli yazılıb. "Azərmaş" ASC ilə əlaqə saxladıqda hisslərin aldatmadığı məlum oldu.

Ağasif bəy şəriki Həmid Həmidli ilə birlikdə "Azərmaş" ASC-dən 25 ədəd avtomobili lizinq yolu ilə götürüblər. Bir müddətdən sonra aylıq ödənişlərdə problemlər yaranıb. Şirkətin dəfələrlə xəbərdarlığına məhəl qoyulmayıb. "Azərmaş" ASC də DYP-nə müraciət edərək avtomobillərin saxlanılıb dayanacağa qoyulmasını xahiş edib. Saxlanılan avtomobillərdən birində hətta saxta etibarnamə də aşkarlanıb. Ağasif Şakiroğlu da götürüb öz FB profilində belə bir qərəzli status paylaşıb. Sual olunur:

Ağasif bəy, əgər işlətdiyiniz taksilərin aylıq pullarını ödəmirsinizsə, avtomobillərin etibarnamələrinin vaxtı bitibsə şirkət neynəməlidir? Avtomobilləri sizə bağışlamalıdır?



Ağasif Şakiroğlu kimdir?



Agasif bəyin tərcümeyi-halı zəngin olmasa da təhsil məsələsi çox maraqlıdır.

2005-ci ildə orta məktəbi bitirib. Elə həmin il də Müstəqil Azəribaycan Univerisitetinin Beynəlxalq Münasibətlər fakultəsinə qəbul olub. 2006-cı ildə həmin univerisitet bağlanıb. Sonra üz tutduğu univerisitet Azərbaycab Beynəlxal Univerisiteti olub. Bəy burada da Beynəlxalq Münasibətləri seçib. Bəxtindən 2010-cu ildə bu univerisitet də bağlanıb. Beynəlxalq Münasibətlərdə bəxti gətirməyən Ağasif Şakiroğlu bu dəfə Ukraynaya üz tutub. Ukrayin dilini hansı səviyyədə bildiyini bilmirəm, öyrəndiyim odur ki, Kiyev Milli Univerisitetinin hüquq fakultəsini qiyabi "bitirib". Hətta Ukrayinadan gələndə iki dəmir medal da alıb. Diplomunun Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmasında işim yox, çünki bəy hər hansı bir məsul vəzifə tutmur. Taksi işlətmək üçün də diploma ehtiyac yoxdur.

2012-ci ildən Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsidir.

2014-cü ildə Rəsul Quliyevin Azərbaycan Cəmiyyət Partiyasının bazasında Gələcək Azərbaycan Partiyasını təsis edib. Lakin partiyanın rəsmi qeydiyyata alınması sual altındadır. Ən maraqlısı odur ki, partiya sədri olan Ağasif Şakiroğlunun 4 müavinlərindən biri mühacirətdə yaşayan azərbaycanlılarla iş üzrə müavindir. Səndemə mühacirətdən dövlətimizin əlehinə təbliğat aparan azərbaycanlılarla iş görürlərmiş.

Partiya siyasi arenada heç bir irəliləyişə nail ola bilmədikdə Azərmaşdan 25 ədəd avtomobil götürüb buraxıblar taksiyə.

Bax belə...

Çox güman ki, mayanı da Rəsul Quliyev qoyub.

Zərdabi Abbasov/arazxeber.com/
скачать dle 10.6фильмы бесплатно
6-03-2024, 11:00
Baxıs: 765
Reyting: