Rüstəmxanlının partiyası seçkilərlə bağlı bəyanat yaydı

Müstəqil Azərbaycanın siyasi tarixində ən böyük seçki təcrübəsinə malik olan Vətəndaş Həmrəyliyi Partiyası ölkəmizdə keçirilən bütün seçki və referendumlarda həm namizəd, həm də müşahidəçilərlə aktiv şəkildə təmsil olunmuşdur.

Redaktor.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında qeyd olunub.

Bildirilib ki, 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası öncədən Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini açıq şəkildə bildirmişdir. Bu mövqeyinə sona qədər sadiq qalan Vətəndaş Həmrəyliyi Partiyası seçki prosesini diqqətlə izləmiş və seçki günü yüzlərlə seçki məntəqəsində öz müşahidəçiləri vasitəsilə səsverməni canlı müşahidə etmişdir.

"Seçki öncəsi təbliğat və təşviqat işlərində namizədlər üçün yaradılmış bərabərhüquqlu imkan və şərait, onların mətbuata rahat çıxışının təmin olunması, əhali ilə görüşlərinə geniş imkanlar yaradılması seçkilərin demokratik ruhda keçiriləcəyinin ilkin əlamətləri olmuşdur. Seçki günü həm canlı şəkildə məntəqə və dairələrdə müşahidələr aparılmış, həm də yüzlərlə seçki məntqəsində quraşdırılan kameralar vasitəsilə proses canlı izlənmişdir.
Birmənalı şəkildə bəyan edirik ki, seçki prosesi boyu və səsvermə günü hansısa qanunsuz hal və pozuculuq fəaliyyəti tərəfimizdən müşahidə edilməmişdir. Seçkilərdə əhalinin rahat və dinc şəkildə səsverməsi təşkil edilmiş, onların seçiminə təsir göstərilməmiş, seçki günü məntəqələrin ətrafında heç bir təbliğat işləri aparılmamışdır. Seçkinin ilkin nəticələrini elan edən ekzitpolların mövqeyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən düzgün və məntiqi dəyərləndirilmişdir.
Bu seçkilərdə Azərbaycan xalqı öz demokratik prinsiplərinə sahib çıxaraq Prezident seçkilərində yüksək seçici fəallığı göstərmişdir. Seçicilərin böyük əksəriyyəti Azərbaycan xalqına misilsiz qələbələr bəxş edən, bizim də dəstəklədiyimiz İlham Əliyevə səs vermişdir. Vətəndaş Həmrəyliyi Partiyası və partiyamızın çoxsaylı üzvləri adından seçkilərin nəticəsini ədalətli hesab etdiyimizi bəyan edir və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edirik. İnanırıq ki, İlham Əliyev bundan sonra Azərbaycanı daha güclü dövlətə çevirəcək və öz ali missiyası ilə bütün türk dövlətlərinin birliyinə nail olacaqdır. Bu şərəfli yolda Prezident İlham Əliyevə böyük uğurlar arzulayırıq", - bəyanatda vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
20-02-2024, 09:18
Baxıs: 989
Reyting: