Avtomobili tapıldı, özü isə tapılmır: polis bu şəxsi axtarır

Avtomobili tapıldı, özü isə tapılmır: polis bu şəxsi axtarır

24 gündür itkin olan şəxsin maşını tapılsa da özündən xəbər yoxdur.

Şabran rayonunun Qələgah kənd sakini 65 yaşlı Ənvər Müslümov mayın 20-də gecə saat 4-də yaşadığı evdən avtomobili ilə çıxaraq işi olduğunu deyib.

“Üzərindən 15 dəqiqə keçdikdən sonra onun telefonuna zəng çatmayıb.”

Bundan narahat olan ailə üzvləri axtarışlarına başlayıblar.

İtən kişinin oğlu Sülhər Müslümov bildirir ki, atasının psixi xəstəliyi olmayıb. O kənddə əkinçilik və heyvandarlıqla məşğul olub. Heç kimlə də ədavəti yoxdur.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib.

Polis axtarışlara başlayıb.

Onun avtomobili tapılandan sonra heçbir şübhəli məqam da üzə çıxmayıb.
скачать dle 10.6фильмы бесплатно
14-06-2023, 08:34
Baxıs: 86
Reyting: