Zəhərlənən polis baş serjantı xəstəxanada ÖLDÜ

Zəhərlənən polis baş serjantı xəstəxanada ÖLDÜ

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.скачать dle 10.6фильмы бесплатно
25-05-2023, 08:43
Baxıs: 103
Reyting: