Seninem.Az > Aktual / Gündəm / Şou-Biznes > -Zurabişvili:“Burada gecələyəcəyəm” -Gürcüstanda vəziyyət qarışdı
-Zurabişvili:“Burada gecələyəcəyəm” -Gürcüstanda vəziyyət qarışdıTarix: 29-12-2024, 08:26. Müəllif: admin2 |
Gürcüstanda vəziyyət qarışdı. Bildirilir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili varisinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcəyini bildirib.![]() Xəbər verilir ki, Zurabişvili bu haqda o, videomüraciətində deyib. “Sizi Orbeliani sarayından salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm”, - deyə siyasətçi qeyd edib. O, tərəfdarlarını ertəsi gün yerli saatla 10:00-da iqamətgaha gəlməyə çağırıb. Sonra gələcək planlarını açıqlayacaq. Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır. Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı. Geri Qayıt |