-Zurabişvili:“Burada gecələyəcəyəm” -Gürcüstanda vəziyyət qarışdı

Gürcüstanda vəziyyət qarışdı. Bildirilir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili varisinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcəyini bildirib.
-Zurabişvili:“Burada gecələyəcəyəm” -Gürcüstanda vəziyyət qarışdı
Xəbər verilir ki, Zurabişvili bu haqda o, videomüraciətində deyib.

“Sizi Orbeliani sarayından salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm”, - deyə siyasətçi qeyd edib.

O, tərəfdarlarını ertəsi gün yerli saatla 10:00-da iqamətgaha gəlməyə çağırıb. Sonra gələcək planlarını açıqlayacaq.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.

Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı.скачать dle 10.6фильмы бесплатно
29-12-2024, 08:26
Baxıs: 1 406
Reyting: