Seninem.Az > Aktual > Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar-TƏXRİBAT
Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar-TƏXRİBATTarix: 14-11-2024, 08:46. Müəllif: admin2 |
|
Azərbaycandan Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar. News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb. Bildirilir ki, noyabrın 6-da Rusiyanın “İrAero” aviaşirkətinin Bakıdan Nijni Novqoroda uçan sərnişin təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Enişdən az əvvəl ekipaj pilot kabinini yaşıl lazerlə işıqlandırmaq cəhdi barədə məlumat verib. Hadisə uçuşun təhlükəsizliyinə təsir etməyib: təyyarə təyinat hava limanına təhlükəsiz eniş edib. Bundan əvvəl başqa bir Rusiya aviaşirkətinin pilotlarını göydə lazerlə kor etməyə çalışıblar. Hadisə noyabrın 5-də Novosibirskdən Moskvaya uçan Airbus A320 təyyarəsində baş verib. Paytaxtın hava limanına enməzdən bir qədər əvvəl ekipaj pilot kabininin yaşıl lazerlə işıqlandırıldığını bildirib. Geri Qayıt |