Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar-TƏXRİBAT
Azərbaycandan Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb. Bildirilir ki, noyabrın 6-da Rusiyanın “İrAero” aviaşirkətinin Bakıdan Nijni Novqoroda uçan sərnişin təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Enişdən az əvvəl ekipaj pilot kabinini yaşıl lazerlə işıqlandırmaq cəhdi barədə məlumat verib. Hadisə uçuşun təhlükəsizliyinə təsir etməyib: təyyarə təyinat hava limanına təhlükəsiz eniş edib. Bundan əvvəl başqa bir Rusiya aviaşirkətinin pilotlarını göydə lazerlə kor etməyə çalışıblar. Hadisə noyabrın 5-də Novosibirskdən Moskvaya uçan Airbus A320 təyyarəsində baş verib. Paytaxtın hava limanına enməzdən bir qədər əvvəl ekipaj pilot kabininin yaşıl lazerlə işıqlandırıldığını bildirib. |
XƏBƏR LENTİ
Dünən, 10:22
Dünən, 10:21
Dünən, 10:21
Dünən, 10:21