Azərbaycanın baş konsulu səlahiyyət müddətini başa vurdu - Geri çağırılacaq Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Əliyevin səlahiyyət müddəti başa çatıb.Modern.az xəbər verir ki, təxminən 2 il Qarsda Azərbaycanın Baş konsulu vəzifəsində çalışan Zamin Əliyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar İğdıra vida səfəri edib. Zamin Əliyev İğdırda jurnalistlərlə görüşüb. Xatırladaq ki, Zamin Əliyev 18 noyabr 2024-cü il tarixində Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdi. Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə magistraturasını bitirib. 2001-2005-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi olub. 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi işləyib. 2008-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi vəzifələrini tutub. 2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru olub. 2017-2024-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində birinci katib, şöbə müdiri, rəis müavini işləyib. 18 noyabr 2024-cü il tarixində Qarsa baş konsul göndərilib. Türk, ingilis və rus dillərini bilir. A.Qorxmaz |
XƏBƏR LENTİ
Bu gün, 09:31
Bu gün, 09:06
Bu gün, 08:57
Bu gün, 08:57






