Kartlarından pullar YENƏ OĞURLANDI-DİQQƏT

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Kartlarından pullar YENƏ OĞURLANDI-DİQQƏT
Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 5-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2999, 1950, 1040, 1000, 1000, 1000, 999, 744, 713, 560, 498, 347, 43 manat və 90 avro pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".скачать dle 10.6фильмы бесплатно
8-05-2025, 15:12
Baxıs: 587
Reyting: