Parisdə Qarabağın milli geyimləri nümayiş olunub

Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikası Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində Qarabağ milli geyimlərinin nümayişi keçirilib.

"Report"un yerli bürosu bildirir ki, 8 Mart Beynəlxalq Qadınlar günü mübasibətilə ölkəmizin Parisdəki Səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ cəsarət və gözəllik əfsanəsi" moda nümayişində respublikamızın Fransadakı səfiri Leyla Abdullayeva, yerli iş adamları, moda həvəskarları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.


Tədbirdə çıxış edən səfir L.Abdullayeva ölkəmizdə qadınların hüquqlarından bəhs edib, Azərbaycan qadının cəmiyyətdə oynadığı yüksək rolundan danışıb. Səfir Azərbaycanda dünyada ən qabaqcıl qərb ölkələrindən belə öncə qadınlara səsvermə hüququ verildiyini qonaqların diqqətinə çatdırıb, qızlar üçün açılmış ilk qeyri-dini təhsil ocağının qədim tarixinə toxunub və Azərbaycandakı dünyəvilik ənənələri haqqında məlumat verib.


Könül Vəlibəyli tərəfindən 2008-ci ildə təsis edilən "Bakı Milli Geyim Evi"nin ərsəyə getirdi Qarabağ milli geyimlərinə hərs edilmiş dəfilə qonaqların böyük marağına səbəb olub. Təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə Şuşanın milli naxışları əksini tapıb. Dəfilənin keçirilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün Türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.

Tədbirdə həmçinin qonaqlara rəssam, dizayner, şairə və bəstəkar Rəsminə Qürbətovanın ifasında dünya və Azərbaycan tanınmış bəstəkarlarının musiqilərindən ibarət konsert proqramı da təqdim edilib.
Parisdə Qarabağın milli geyimləri nümayiş olunub
Parisdə Qarabağın milli geyimləri nümayiş olunub
Parisdə Qarabağın milli geyimləri nümayiş olunub
Parisdə Qarabağın milli geyimləri nümayiş olunub











скачать dle 10.6фильмы бесплатно
12-03-2024, 08:44
Baxıs: 665
Reyting: