Gənc oğlan azyaşlı ilə evləndi, siqaretlə ona ...

Salyan rayonunda 2003-cü il təvəllüdlü Nəsimi qeyri-rəsmi ər-arvad kimi yaşadığı, yetkinlik yaşına çatmamış Vəfaya (adlar şərti verilib – red.) işgəncə verib.

Nəsimi 2022-ci il iyulun 19-da evliliklə bağlı təşkil olunmuş məclisdən sonra Salyan rayonunun kəndində yaşadığı fərdi yaşayış evində on altı yaşına çatmadığını bildiyi həmkəndlisi Vəfa ilə onun öz razılığı əsasında cinsi əlaqədə olub.

Həmin il sentyabr ayının 20-dək müddətdə yaşadıqları evdə Nəsimi on altı yaşına çatmamış Vəfa ilə dəfələrlə cinsi əlaqəyə girib. Bundan başqa, o, 2022-ci il iyulun 19-da evləndikdən sonrakı günlərdən başlayaraq sentyabrın 20-dək birgə yaşadıqları evdə Vəfanı heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq döyüb, zorakı hərəkətlər tətbiq etməklə güclü fiziki ağrı və psixi iztirab verib.

2022-ci il avqustin sonlarında, saat 22 radələrində Vəfaya əzab verdiyini dərk edərək bu məqsədlə siqaret kötüyünü onun sağ əlinə basıb. Bu yanıqdan qadında xəsarət izi qalıb. Həmin ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində isə Vəfanı yerə yıxaraq təpiklə döyüb.

İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Vəfa ilə 19 iyul 2022-ci ildə evlənib və onun yetkinlik yaşına çatmadığını bilib:

“2022-ci ilin avqustun sonunadək aramızda münasibətlər yaxşı olub. Tələbə yoldaşım olan qızlarla danışanda məni Vəfa gördü. Buna görə aramızda mübahisə oldu. Vəfa anasını, nənəsini çağırdı, onlarla evlərinə getdi. Sonradan atası zəng edərək məni söydü, qarşılıqlı olaraq cavab mesajları yazdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 17 noyabr 2022-ci ildə bilet alaraq Türkiyəyə getmək istəyərkən aeroportda onun çıxışana qadağa qoyulduğunu bilib: “Aeroportdan məni polisə gətirdilər. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları məni Salyana apardılar.

Heç vaxt Vəfanın əlinə siqaret basmamışam və onu döyməmişəm. Evdə anam, qardaşım və biz yaşamışıq. Vəfanın bud nahiyəsinə xəsarətləri yetirməmişəm. Ola bilsin ki, evdə budu harasa dəyib və xəsarət alıb. Vəfa ilə barışmaq istəyirəm.

Vəfanın atası məni söyəndən sonra sentyabrın sonunda həyətdə özümə qəsd etmək istəmişəm. Üstümə tibbi spirt tökərək yandırmağa cəhd eləmişəm. Əllərim, ayağım və bədənim yanıb. Yanğını qohumlarım söndürüblər”.

İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, iyulun 19-da Nəsimi ilə evlənib və sentyabrın 20-dək onun anasının evində yaşayıblar: “Bu müddət ərzində ər-arvad münasibətində olmuşuq. Avqust ayının sonunda Nəsimi anası ilə mübahisə etdi və hirsini mənə tökdü. Saat təqribən 22 radələrində siqaret çəkdiyi vaxt mənə bezdiyini deyərək, yanan siqareti sağ əlimin arxa səthinə basaraq saxladı”.

Zərərçəkmiş qeyd edib ki, sentyabrın əvvələrində Nəsimi qızlarla yazışdığına görə ata evinə getmək istəyib: “Lakin Nəsimi qoymadı. Məni vurdu və qızlarla yazışmasını boynuna almadı. Sentyabrın 20-də Nəsimi yenə qızlarla yazışdığı üçün anama zəng etdim və məni aparmasını istədim. Saat təqribən 23 radələrində anam gəliərək məni apardı. Sonra Nəsimi bizə telefonda söyüşlər yazmağa başladı. Təqribən oktyabrın 10-14 aralarında polisə şikayət elədim və narahat olduğumu dedim. Polislər gələrək tədbir gördülər”.

Zərərçəkmiş deyib ki, Nəsimi sentyabrın əvvəllərində evdə əli və ayağı ilə onun buduna vurub: “Ailə olduğum üçün şikayət etməmişəm. Şikayəti valideynlərimə nalayiq mesajlar göndərdiyi üçün etdim.

Nəsimi hərbi xidmətə getmək istəmədiyi üçün özünü yanıdırmaq istəyib. O, evləndiyimiz zaman mənim yetkinlik yaşıma çatmadığını bilib. Avqust ayının sonundan sentyabr ayının sonuna kimi 3-4 dəfə məni vurub. Nənəsi və anası da mənim bud nahiyəmdə xəsarətləri görüblər. Döyülməm barədə məlumatları valideynlərimə deməmişəm.

Nəsimi mesajlarda bizi təhdid və təhqir edib. Bir dəfə Nəsimi məni döyəndə anası bizi aralaşdırıb. Nəsimi ilə 5-6 ay sevgili olmuşuq”.

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəsimi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ümumi reşimil cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş cəzadan daha yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş edib.

Apellyasiya protesti onunla əsaslandırlıb ki, təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxsin cinsi toxunulmazlığına qəsd edərək həmin şəxsə əzab verməklə az ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törədib.

Prokuror qeyd edib ki, bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyəti və əsasən də həmin maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini şərtləndirən amillərdir: “Lakin məhkəmə hazırkı iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmayıb, yuxarıda göstərilən hallar təqsirləndirilən şəxsin törətdiyi əməllərin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, bu halları cəza təyini zamanı nəzərə almayıb.

Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Göründüyü kimi, cəzanın minimum həddi 2 ildən başlayır. Məhkəmə isə ittiham sübuta yetirildiyi halda hansı səbəbdən Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə minimum həddə cəza təyin etməsi anlaşılmaz olub.

Cinayətin xarakteri, təqsirləndirilən şəxsin şəxsiyyəti, zərər çəkmiş şəxsin hazırkı durumu, təqsirləndirilən şəxsdən şikayətçi olması və bu kimi təkzibolunmaz hallar təqsirləndirilən şəxsə daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının verilməsini şərtləndirir. Məhkəmə isə sadalanan halları, zərər çəkmiş şəxsin mövqeyini nəzərə almadan minimum həddə cəza təyin edib”.

Prokuror əlavə edib ki, məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəzalar ilə sosial ədalət bərpa olunmayıb, yüngül olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm onun, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə, qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməyib.

Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. Müdafiəçi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə onun barəsində təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmasını və özünü təqsirli bildiyi Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib.

Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci maddələri ilə düzgün ittiham verilib, həmçinin ona birinci instansiya məhkəməsi tərəfindən ədaləti cəza təyin olunub.

Bu səbəbdən həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin edilməyib./Teleqraf.comскачать dle 10.6фильмы бесплатно
26-03-2024, 09:44
Baxıs: 698
Reyting: