Naxçıvan problemi bitmir: “Biletlər 20-30 manat baha satılır”

Naxçıvan problemi bitmir: “Biletlər 20-30 manat baha satılır”

Həftənin cümə günündən etibarən sərnişinlər Naxçıvan istiqamətində təyyarə bileti tapa bilmədiklərini bildirir.

Bunu Naxçıvanda yaşayan V.M. bildirib.

Onun sözlərinə görə, iyunun 30-dan Naxçıvana getmək üçün bilet ala bilmir. “Kiminsə tanışı varsa, yalnız onun vasitəsilə bilet tapa bilir. Ya da çox baha qiymət deyirlər. Ona görə də uzun növbələr var”.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu problem süni bir problemdir. “Naxçıvana həm kiçik təyyarələr verirlər bu da az insanların götürülməsinə gətirib çıxarır. Həm də Naxçıvana bilet 60 manatdır və 20-30 manatı qara kassada bunun satışından əldə edə bilirlər. Bu da az bir miqdardır. Ona görə də bu reysə əlavə təyyarələri cəlb etmirlər. Həmin təyyarələri İstanbul və başqa reyslərə yönəldiblər. Orada 1 biletdən 100-150 manat artıq götürə bilirlər”.

Deputatın fikrincə, burada korrupsiya əlamətləri var. “Biletin qıtlığı onu göstərir ki, reysləri az salırlar və biletlərinin onlayn satışını lazımi səviyyədə təşkil edə bilmədilər”.

Onun fikrincə, bu məsələ hökumət səviyyəsində ciddi müzakirə olunmalıdır.

“Azərbaycan Hava Yolları” QSC-dən isə bildirilib ki, AZAL sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir və bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb.

Qeyd olunub ki, sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно
3-07-2023, 10:02
Baxıs: 114
Reyting: