Baş Prokurorluq Naxçıvanın sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib etdi

Baş Prokurorluq Naxçıvanın sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib etdi

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib edib.
Qurumun Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.

“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, – məlumatda qeyd olunub.скачать dle 10.6фильмы бесплатно
2-02-2023, 12:27
Baxıs: 259
Reyting: