Sabiq nazirin həbsi təsdiqləndi

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edildiyini təsdiqləyib.

Leqal.info-nun əldə etdiyi məlumata görə, Ə.Əhmədovun təqsirləndirildiyi cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının prokurorluğunda hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.
Qeyd edək ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir.

Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
скачать dle 10.6фильмы бесплатно
9-03-2021, 13:08
Baxıs: 23 650
Reyting: