Rövşən Rzayev: “Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcəklər”
“Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq ictimaiyyətdən böyük dəstək almamışıq”.
Leqal.info-nun xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib. O bildirib ki, böyük qayıdışa ən böyük maneə mina problemidir. Dövlət Komitəsinin sədri həmçinin söyləyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir: “Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”. |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57