Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə Leqal.info-ya Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.

O qeyd edib ki, R.İbrahimbəyov qardaşı mərhum Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq.

Xalq yazıçısı ilə vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətiriləcək.скачать dle 10.6фильмы бесплатно
15-03-2022, 14:58
Baxıs: 22 773
Reyting: