HESABAT: Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb

Hesabat dövrü ərzində terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilməsi aidiyyəti orqanlara təhvil verilib.

Leqal.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət sərhədini pozmağa cəhd edən 11 nəfər qeyri-leqal miqrant saxlanılıb, onlara bələdçilik edən 3 nəfər məsuliyyətə cəlb edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər insan alveri qurbanı müəyyənləşdirilərək müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına təhvil verilib.скачать dle 10.6фильмы бесплатно
9-03-2022, 18:30
Baxıs: 36 670
Reyting: