Azərbaycanda valideynlik hüquqlarından məhrumetmə qaydası dəyişib

Azərbaycanda valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilib.

Leqal.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, Ailə Məcəlləsinin 65.5-ci bəndi yeni redaksiyada verilib: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Qeyd edək ki, əvvəllər məhkəmənin valideynlik hüquqlarından məhrumetmə haqqında qətnaməsinin çıxarışı qanuni qüvvəyə mindikdən sonra üç gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına göndərilməliydi.скачать dle 10.6фильмы бесплатно
31-01-2022, 20:00
Baxıs: 26 577
Reyting: