Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilən sayt rəhbərinə hökm oxunub
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərova (Xəttab) hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Leqal.info xəbər verir ki, bu barədə hökm Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, prokuror M.Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi. Xatırladaq ki, M.Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri qəsdən yaymaqda və ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, M.Ələkbərovu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb. |
XƏBƏR LENTİ
Dünən, 23:07
Dünən, 23:05
Dünən, 18:23
Dünən, 18:21
1-10-2023, 18:33
1-10-2023, 18:29
30-09-2023, 09:39
30-09-2023, 09:34