Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib

Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib.

Leqal.info xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

"Bu gün bir nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib. Qeyd edək ki, cari il noyabrın 26-da daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb", - məlumatda vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
29-12-2021, 19:33
Baxıs: 53 186
Reyting: