Azərbaycanda bəzi şəxslərə "Əks-göstəriş sertifikatı” elektron qaydada veriləcək
COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.
Bu barədə Leqal.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər. -Hamilə qadınlar -Dağınıq skleroz -Süd verən analar Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər. Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz. Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub. |
XƏBƏR LENTİ
Dünən, 23:07
Dünən, 23:05
Dünən, 18:23
Dünən, 18:21
1-10-2023, 18:33
1-10-2023, 18:29
30-09-2023, 09:39
30-09-2023, 09:34