Müdafiə Nazirliyi: "Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır"
"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib".
Leqal.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib. Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur". O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır". |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57