Həyat yoldaşı: "Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır"
Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu Leqal.info-ya bildirib ki, sənətçinin vəziyyəti ağır olaraq qalır. “Səhər həkimi ilə danışdım. Bildirdi ki, heç bir dəyişiklik yoxdur. Vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi davam etdirilir”, - A.Zurufçu qeyd edib. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






