Füzulidə minaya düşənlərdən biri həlak oldu

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşənlərdən biri həlak olub.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirilib ki, artıq hər iki şəxs minaya düşdükləri yerdən çıxarılıb: “Polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olaraq həmin iki vətəndaşın minaya düşdüyü partlayış yerinə yaxınlaşıblar.

Bu zaman Nuru Nuriyevin artıq həlak olduğunu görüblər. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu da ərazidən təhlükəsiz formada çıxarıb xəstəxanaya təhvil veriblər”.

Qeyd edək ki, mərhum N.Nuriyev fevral ayında da işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunmuşdu.скачать dle 10.6фильмы бесплатно
8-07-2021, 18:00
Baxıs: 33 602
Reyting: