"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılır

“Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Leqal.info-nun xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Qərar 2021-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.скачать dle 10.6фильмы бесплатно
23-06-2021, 19:23
Baxıs: 37 014
Reyting: