Deputat rəhbəri olduğu qurumda korrupsiya əməliyyatı ilə bağlı açıqlama verdi

Məlumat verdiyimiz kimi, Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlayıb.

Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin prezidenti, qurumun idarəetmə şurasının sədri Novruzəli Aslanov "Report”a açıqlama verib.

O bildirib ki, məsələ araşdırılacaq:

“Bizdə hələ ki, dəqiq bir məlumat yoxdur. Milli Məclisdən gəlmişəm, xəbərim yoxdur. Araşdıraq, baxaq nə məsələdir. İstintaqa cəlb olunan şəxs Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin sədri olub”.скачать dle 10.6фильмы бесплатно
25-05-2021, 18:30
Baxıs: 45 645
Reyting: