Ötən gün COVID-19 aşkarlanan şagird və müəllimlərin sayı açıqlanıb
Ötən gün ərzində Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində COVID-19-a yoluxan 1 şagird və 1 heyət üzvü aşkar edilib, 2 şagirdin isə hərarəti yüksək olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, onların heç biri məktəbdə olmayıb. Gəncə şəhərində ötən gün 1 şagirdin yüksək hərarəti olub, COVID-19 virusuna yoluxma halı baş verməyib. Şəki şəhəri və Abşeron rayonunda ötən gün ərzində yüksək hərarəti olan şagird və ya heyət aşkarlanmayıb, COVID-19 virusuna yoluxma halı olmayıb: "Hərarəti yüksək olan şəxslər təhsil müəssisəsinə buraxılmayıb və barələrində yerli poliklinikalara məlumat verilib". Qeyd edək ki, mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57