Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
Leqal.info-nun xəbərinə görə, səhmdar cəmiyyəti əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İş hakim Leyla Əliyevanın icraatına verilib. Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun oğlu Şamxal Həsənlidir. Xatırladaq ki, “Azərkosmos” Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyə çevrilib. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































