Prezident ona general-mayor rütbəsi verdi
Azərbaycan Prezidenti İlham Əliyev Elxan İbrahimovun rütbəsini artırıb.
Leqal.info xəbər verir ki, dövlət başçısının sərəncamı ilə tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib. Qeyd edək ki, E. İbrahimov hazırda Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavinidir. Bir müddət isə idarənin rəisi vəzifəsini icra edib. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






