BŞİH və tabeliyindəki qurumlarda 55 nöqsan aşkarlanıb

Hesablama Palatası ötən il üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun tabeliyindəki qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

Leqal.info-nun xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, təkcə BŞİH-də 21 hal üzrə nöqsan qeydə alınıb.

Bundan başqa, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentində 20, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində isə 14 hal üzrə nöqsan aşkar olunub.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.скачать dle 10.6фильмы бесплатно
5-04-2021, 15:32
Baxıs: 24 348
Reyting: