Aprelin 5-dən bağçalar da bağlanır
Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilib.
Leqal.info xəbər verir ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanır. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləyib. Qeyd edək ki, dünən Təhsil Nazirliyi 5 şəhər və 1 rayonda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı məlumat yaymışdı. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






