Ağdama gedən şəxs saxlanılıb

Ağdamda işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Leqal.info-ya verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Ələmdar Şükürov Qərvənd kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onun barəsində protokol tərtib edilib.скачать dle 10.6фильмы бесплатно
2-04-2021, 12:00
Baxıs: 38 695
Reyting: