Şuşanın işğalı əməliyyatına rəhbərlik edən erməni general öldü

Erməni general Arkadi Ter-Tadevosyan bu gün 82 yaşında ölüb.

Leqal.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib. Onun bir neçə gündür Erebuni xəstəxanasında reanimasiyada olduğu bildirilib.

Xəstəxana generalın bir neçə gündür reanimasiyada olduğunu təsdiqləsə də, ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, “Kommandos” və “Dağ tülküsü” ləqəbli Arkadi Ter-Tadevosyan Birinci Qarabağ savaşı zamanı separatçıların qüvvələrinə, 1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik edib. O, Şuşanın süqutuna səbəb olmuş “Dağlarda toy” əməliyyatının müəllifi kimi tanınır.

Xatırladaq ki, Azərbaycan Ordusu Şuşanı 2020-ci ilin 8 noyabrında erməni işğalından azad edib.скачать dle 10.6фильмы бесплатно
31-03-2021, 16:30
Baxıs: 34 354
Reyting: