“Respublika” qəzetinin Baş redaktoru vəfat etdi

“Respublika” qəzetinin və “Füyuzat” jurnalının Baş redaktoru Teymur Əhmədov vəfat edib.

Bu barədə “Qafqazinfo”ya “Füyuzat” jurnalının redaksiyasından məlumat verilib. Bildirilib ki, 90 yaşlı Baş redaktorun səhhətində problemlər olub və o, bu gün səhər saatlarında dünyasını dəyişib.

T. Əhmədov 1995-ci ildən “Respublika” qəzetinin Baş redaktoru kimi çalışıb.

O, 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. Filologiya elmləri doktoru, professor idi. Jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub.скачать dle 10.6фильмы бесплатно
16-03-2021, 13:17
Baxıs: 23 659
Reyting: