Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi

“Tapşırıq verəcəyəm ki, jurnalistlər Şuşaya getsinlər”.

Leqal.info xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyinə münasibət bildirərkən deyib.

Dövlət başçısı bildirib ki, Şuşaya giriş imkanlarında çətinlik var idi: “Yol yox idi. Mənim bəxtim gətirdi ki, Şuşaya gedəndə günəşli hava idi. Ancaq mən Hikmət Hacıyevə göstəriş verirəm ki, bu səfəri təşkil etsin”.

Qeyd edək ki, konfransda iştirak edən “Röyters” agentliyinin əməkdaşı jurnalistlərin Şuşa şəhərinə səfərinin təşkil edilməməsinə görə narahatlığını ifadə edib.скачать dle 10.6фильмы бесплатно
26-02-2021, 16:00
Baxıs: 41 641
Reyting: