Suraxanıda növbəti şəhid ailəsinin mənzili əsaslı təmir olunur - Fotolar

Vətən müharibəsində iştirak edərək şəhid olmuş Suraxanı rayonundan hərbi qulluqçuların ailələrinin Rayon İcra Hakimiyyəti tərəfindən sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülməsi davam etdirilir.

Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid kapitan İsmayılov Elçin Mübariz oğlunun ailəsinə dəstək olunaraq yaşadıqları mənzildə əsaslı şəkildə təmir-bərpa işlərinə başlanılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mənzilə baxış keçirərək görülən işlərlə maraqlanıb və işlərin keyfiyyətlə aparılması ilə bağlı müvafiq tapşırıqlarını verib. Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yerləşən 14 saylı binada ailənin yaşadığı, uzun illərdir təmir olunmadan istismar edilən 3 otaqlı 43 saylı mənzildə kanalizasiya, su və elektrik xətləri dəyişdirilib, mətbəxin döşəməsinə istilik xətləri çəkilib. Hazırda döşəmə və tavan yenilənərək otaqların qapıları dəyişdirilir. Həmçinin, təmirdən sonra mətbəx avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно
22-02-2021, 13:49
Baxıs: 24 244
Reyting: