Nazirlikdən idarə rəisinin işdən çıxarılması ilə bağlı

Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin vəzifəsindən azad edilməsinə münasibət bildirib.

Nazirlikdən Leqal.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Namiz Əsəd oğlu Ağayev Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olaraq yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nazim Ağayevin 10 min manatlıq yeyintiyə görə işdən çıxarılması ilə bağlı xəbərlər yayılmışdı. O isə təqaüdə çıxması ilə bağlı vəzifədən getdiyini bildirmişdi.скачать dle 10.6фильмы бесплатно
12-02-2021, 21:56
Baxıs: 42 787
Reyting: