Fevralın 15-dən bağçalar da açılır

Azərbaycanda 2021-ci il 15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində (bağça) də tədris bərpa olunur.

Leqal.info xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Bakı, Sumqayıt, Abşeron və digər regionlarda bağçalar hər gün işləyəcək.

Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə ənənəvi formada bərpa olunacaq.скачать dle 10.6фильмы бесплатно
4-02-2021, 12:00
Baxıs: 38 959
Reyting: