İlk bu şəxslərə peyvənd vurulacaq

“Azərbaycanda ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər koronavirusa qarşı vaksinasiya olunacaq”

Leqal.info-nun verdiyi xəbərə görə, bunu TƏBİB sədri Ramin Bayramlı deyib.

O bildirib ki, əhalinin böyük əksəriyyətində COVID-19 virusuna qarşı immunitet yarananadək tibbi maskalardan istifadə davam etdirilməlidir:

“Vaksin vurulandan sonra rahatlaşmaq olmaz. Çünki anticisimin yaranması iki-üç həftə çəkə bilər. Vaksin vurulan şəxslər də həm özünü, həm başqalarını qorumaq üçün maskadan istifadə etməlidir. Azərbaycanda ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər koronavirusa qarşı vaksinasiya olunacaq”.скачать dle 10.6фильмы бесплатно
15-12-2020, 18:00
Baxıs: 20 636
Reyting: