Qənirə Paşayevadan deputatlara ÇAĞIRIŞ

Biz əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar.

Leqal.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Dövlətimizin və ordumuzun güclü olduğunu vurğulayan millət vəkili qeyd edib ki, bizim indiki dəstəyimiz çox önəmlidir: "Eyni zamanda qanvermə aksiyalarında iştirak çox vacibdir”.

Dövlətimizin gərəkən ehtiyatlara, o cümlədən yetərli qan bankına malik olduğunu, bunun rəsmi şəkildə bildirildiyini xatırladan millət vəkili öncəbhədə qızğın döyüşlər getdiyini və bu aksiyanın ehtiyacdan daha çox, mənəvi dəstək ifadəsi olacağına, örnək təşkil edəcəyinə diqqət çəkib.

Qənirə Paşayeva ali məktəblərdə hərbi dərslərin bərpasını, orta məktəblərdə isə daha yaxşı təşkili məsələsinə baxılmasını zəruri hesab etdiyini bildirib.скачать dle 10.6фильмы бесплатно
30-09-2020, 15:28
Baxıs: 30 527
Reyting: