Bu şəhər və rayonlarda sərt karantin bitdi

Azərbaycanın bir sıra şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb.

Leqal.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 virusun yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılmasına qərar verib.

Qeyd edək ki, dünyada COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.скачать dle 10.6фильмы бесплатно
31-08-2020, 10:14
Baxıs: 22 363
Reyting: