“Semaşko”nun eks-rəhbəri barəsində cinayət işi başlanmayıb

Baş Prokurorluq 1 saylı Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri Ədalət Dadaşovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluqdan Leqal.info-nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunanlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb. O cümlədən bu məsələ ilə bağlı hər hansı bir istintaq aparılmır.(Qafqazinfo)скачать dle 10.6фильмы бесплатно
28-08-2020, 19:17
Baxıs: 26 873
Reyting: