Azərbaycanda daha 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Leqal.info"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb. |
XƏBƏR LENTİ
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57