“Mall”ar nə vaxt açılacaq?
Kənd Təsərrüfatı ilə məşğul olan şəxslərin ölkə ərazisində hərəkətinə icazə verilib.
Leqal.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib. O əlavə edib ki, qeydiyyatdan keçən, xüsusi fəaliyyət sahələrində işləyənlər ölkə ərazisində sərbəst hərəkət edə bilərlər: "Eyni zamanda, yalnız yaxın qohumun dəfn mərasiminə gedənlərə bu icazə verilir". İ.Məmmədov qeyd edib ki, növbəti yumşalma mərhələsində "Mallar"ın, əyləncə mərkəzlərinin fəaliyyəti müzakirə olunacaq: "İdman tədbirlərinin bərpası da bu mərhələdə planlaşdırılır". O vurğulayıb ki, hazırda ehtiyatda 6 milyon maska var: "Gündəlik 250 000 maska istehsal olunur. 10 milyona yaxın maska ehtiyatımız olacaq. Eyni zamanda, qoruyucu vasitələrlə ölkəmiz təmin edilir". |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57